Bağdad Amreyev: Türk Şurası daxilində investisiya institutunun yaradılmasına ehtiyac var
Bakı, 6 fevral, AZƏRTAC
Türk Şurası daxilində investisiya institutunun yaradılmasına ehtiyac var.
AZƏRTAC xəbər verir ki, bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyev qurumun fevralın 6-da keçirilən iclasından sonra təşkil olunan mətbuat konfransında deyib.
O bildirib ki, investisiya fondunun yaradılması ilə bağlı işlər gedir və İstanbulda keçiriləcək sammitdə onun təqdimatı nəzərdə tutulur.
Baş katib, həmçinin qeyd edib ki, növbədənkənar iclasda Şurada müşahidəçi statusuna malik ölkələrə üzvlüyün verilməsi qaydaları müzakirə olunub. Habelə təşkilatın İƏT və BMT yanında müşahidəçi statusu alması, beynəlxalq təşkilatlarla əlaqələrin yaradılması imkanları nəzərdən keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:01]
Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir
- 06.10.2026 [11:40]
Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb
- 05.10.2026 [19:49]