“Bakı Ağ şəhər” ərazisindən 500 min kubmetrə qədər neftlə çirklənmiş torpaq daşınmışdır
Bakı, 25 iyun (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) 2010-cu ildən icrasına başladığı “Bakı Ağ şəhər” layihəsi ərazisindəki neftlə çirklənmiş torpaqların daşınması işini cari ildə də uğurla davam etdirir.
QSC-dən AZƏRTAC-a bildirmişlər ki, müəssisənin torpaqların rekultivasiyası departamenti cari ilin müvafiq dövründə layihə ərazisindəki “Azərneftyağ” neft emalı zavodunun köhnə sənaye obyektlərindən neftlə çirklənmiş torpaqların daşınması işlərini yüksək templə həyata keçirmişdir. Lazımı işçi qüvvəsi və texnika cəlb etməklə ötən dövrdə layihə ərazisindən 500 min kubmetrə qədər neftlə çirklənmiş torpağın daşınması təmin edilmişdir.
Hazırda layihənin icrası davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]