“Bakı Ağ şəhər” ərazisindən neftlə çirklənmiş torpaqların daşınması davam etdirilir
Bakı, 31 may (AZƏRTAC). “Bakı Ağ şəhər” layihəsi ərazisindən neftlə çirklənmiş torpaqların daşınması işləri yüksək templə həyata keçirilir.
“Bakı Ağ şəhər”in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin torpaqların rekultivasiyası departamenti layihə ərazisində - bir neçə istiqamətdə “Azərneftyağ” neft emalı zavodunun köhnə sənaye obyektlərindən neftlə çirklənmiş torpaqların daşınması işlərini yerinə yetirir.
Qeyd olunmuşdur ki, torpaqların rekultivasiyası departamenti əraziyə lazımı işçi qüvvəsi və texnika cəlb etməklə 2014-cü ilin müvafiq dövründə ərazidən 395 min kubmetrə qədər neftlə çirklənmiş torpaqların daşınmasını təmin etmişdir.
Hazırda layihənin icrası davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]