BAKI AVROPA TAEKVONDO BİRİNCİLİYİNƏ EV SAHİBLİYİ EDƏCƏKDİR
Martın 11-13-də Bakı İdman Sarayında gənclər arasında Avropa taekvondo birinciliyi keçiriləcəkdir.
Azərbaycan Taekvondo Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, yarışlarda 40-a yaxın ölkənin 500-dən çox idmançısının iştirakı gözlənilir. Çempionatda ölkəmizi 9 oğlan və 7 qızdan ibarət milli yığma komanda təmsil edəcəkdir. Hazırda yarışların təşkilinə hazırlıq işləri görülür. Komandamız təlim-məşq toplanışları keçirir.
Yarışlarla eyni vaxtda Bakıda Avropa Taekvondo Birliyinin ümumi yığıncağı və qurumun icraiyyə komitəsinin növbəti iclası keçiriləcəkdir. Tədbirdə Dünya Taekvondo Federasiyasının prezidenti Cunq Von Conun iştirakı da gözlənilir.
Xatırladaq ki, 2003-cü ildə Afinada gənclər arasında taekvondo üzrə qitə birinciliyi zamanı Avropa Taekvondo Birliyi növbəti çempionatın Azərbaycanda keçirilməsini qərara almışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib
- 29.09.2026 [12:56]
NTD üç yerli basketbolçu transfer edib
- 29.09.2026 [12:05]
Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar
- 29.09.2026 [11:51]