BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 175 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4909 manata bərabər olmuş və hərracın sonunadək dəyişməmişdir. Tələb və təklif 175 min dollar olmuşdur.
Elektron hərraclarının birja sistemindəki (BEST) bank sifarişlərində ABŞ valyutasının qiyməti 1 dollar üçün 4909,56 manat həddində idi. BEST-də USDAZM T+0 aləti üzrə 6 milyon 932 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 34,033 milyarddır. Bir əqdə, orta hesabla, 990 286 dollar düşmüşdür.
Tələb olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqd bağlamamışlar.
BEST-də RUR/AZM TOM aləti üzrə 1 rus rublu üçün 169,74 manat məzənnə ilə, ümumən, 372 min rublluq əqd bağlanmışdır.
BEST-də banklar AVR/AZM alətləri üzrə sifariş verməmişlər.
BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 38,816 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Mayın 27-də birjada kredit alətləri üzrə əqd bağlanmamışdır.