BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZM-in məzənnəsi 1 dollar üçün 4593,42 manata bərabər idi. USD/AZM T+0 aləti üzrə 3 milyon dollar həcmində əqd bağlanmışdır. Sessiyanın yekunlarına görə manatın məzənnəsi 1,58 bənd qalxaraq, 4595,00 manat olmuşdur.
EHBS-in gündüz sessiyasında USD/AZM T+0 aləti üzrə 8 milyon 160 min dollara bərabər əqd qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 4595,00 manat olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə dollar alətləri üzrə hərracların ümumi həcmi 11 milyon 160 min dollar olmuşdur ki, bu da manat ekvivalenti ilə 51 milyard 280 milyondur. Bir əqdə orta hesabla 1014 545 dollar düşmüşdür.
USD/AZM T+1, T+2 və SWAP_USD/AZM alətləri üzrə tələb olmadığından dilerlər əqd bağlamamışlar.
EHBS-də banklar AUR/AZM, RUR/AZM alətləri üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar kreditlərin cəlb edilməsi və yerləşdirilməsinə dair ümumən 17,772 milyard manat məbləğində sifarişlər vermişlər.
Oktyabrın 24-də birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.