BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,8954 AZN-ə bərabər idi. USD/AZN T+0 aləti üzrə bağlanmış əqdlərin həcmi 6 milyon dollar olmuşdur. Sessiyanın yekunlarına görə manatın məzənnəsi dəyişməmişdir.
EHBS-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 4 milyon 600 min dollara bərabər əqd qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,8954 AZN olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə dollar alətləri üzrə hərracların ümumi həcmi 10 milyon 600 min dollar olmuşdur ki, bu da manat ekvivalenti ilə 9 491 180 AZN təşkil edir. Bir əqdə orta hesabla 3 533 333 dollar düşmüşdür.
USD/AZN T+1, T+2 və SWAP-USD/AZN alətləri üzrə tələb olmadığından dilerlər əqd bağlamamışlar.
EHBS-də banklar AUR/AZN, RUB/AZN alətləri üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə illik manatla 14,90 faiz, ABŞ dolları üzrə isə 14,40 faiz təşkil etmişdir.
İyunun 23-də birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.