BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,8747 AZN-ə bərabər idi. USD/AZN T+0 aləti üzrə əqdlər bağlanmamışdır. Məzənnə dəyişməz qalmışdır.
EHBS-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 515 610 AZN-ə bərabər əqd qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,8739 AZN olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə dollar alətləri üzrə hərracların ümumi həcmi 590 000 dollar olmuşdur ki, bu da manat ekvivalenti ilə 515 610 AZN təşkil edir. Bir əqdə orta hesabla 295 000 dollar düşmüşdür.
USD/AZN T+1 aləti üzrə 78 795 AZN-ə bərabər həcm qeydə alınmışdır. Orta hesablanmış məzənnə 1 USD üçün 0,8755 AZN olmuşdur.
USD/AZN T+2, AUR/AZN T+0, t+1 və SVVP_USDAZN aləti üzrə tələb olmadığından dilerlər əqd bağlamamışlar.
EHBS-də banklar RUB/AZN alətləri üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə illik manatla 14,80 faiz, ABŞ dolları üzrə isə 14,83 faiz təşkil etmişdir.
Oktyabrın 4-də birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.