BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,8742 AZN-ə bərabər idi. USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmamışdır. Məzənnə dəyişməmişdir.
EHBS-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 5 469 250 AZN-ə bərabər əqd qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,8730 AZN olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə dollar alətləri üzrə hərracların ümumi həcmi 6 265 000 dollar olmuşdur ki, bu da manat ekvivalenti ilə 5 469 250 AZN təşkil edir. Bir əqdə orta hesabla 1 253 000 dollar düşmüşdür.
USD/AZN T+1 aləti üzrə 78 795 AZN-ə bərabər həcm qeydə alınmışdır. Orta hesablanmış məzənnə 1 dollar üçün 0,8755 AZN olmuşdur.
USD/AZN T+2, AUR/AZN T+0, T+1 və SWAP-USD/AZN alətləri üzrə tələb olmadığından dilerlər əqd bağlamamışlar.
EHBS-də banklar RUB/AZN alətləri üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə illik manatla 14,60 faiz, ABŞ dolları üzrə isə 14,67 faiz təşkil etmişdir.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında illik 15 faizlə və 182 gün müddətinə 437 450 AZN həcmində əqd qeydə alınmışdır.