BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,8726 AZN-ə bərabər idi. USD/AZN T+0 aləti üzrə bağlanmış əqdlərin həcmi 1 744 400 AZN olmuşdur. Sessiyanın yekunlarına görə manatın dollara nisbətdə məzənnəsi 0,0004 bənd qalxaraq, 0,8722 AZN təşkil etmişdir.
EHBS-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 1 421 559 AZN-ə bərabər əqd qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,8720 AZN olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə dollar alətləri üzrə hərracların ümumi həcmi 3 630 000 dollar olmuşdur ki, bu da manat ekvivalenti ilə 3 165 959 AZN təşkil edir. Bir əqdə orta hesabla 330 000 dollar düşmüşdür.
USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələb olmadığından dilerlər əqd bağlamamışlar.
EHBS-də banklar AUR/AZN, RUB/AZN alətləri üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə həm manatla, həm də dollarla illik 15,00 faiz faiz təşkil etmişdir.
Oktyabrın 19-da birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.