BAKI BİZNES UNİVERSİTETİNDƏ MİLLİ İQTİSADİYYATIN İNKİŞAF ETDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, bu təhsil ocağının və AMEA-nın İqtisadiyyat İnstitutunun təşkil etdiyi konfransı giriş sözü ilə təhsil nazirinin müavini, tarix elmləri doktoru İradə Hüseynova açmışdır. O, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən iqtisadi inkişaf strategiyasından, dövlət quruculuğu proqramından danışmış, 1991-1993-cü illərdə Azərbaycanın düşdüyü böhranlı vəziyyəti, müstəqilliyin itirilməsi, respublikanın dağılması təhlükəsini xatırlatmış və dövlətçiliyimizə qarşı yönəlmiş qəsdlərdən xalqımızın böyük oğlunun müdrikliyi sayəsində qurtulduğumuzu vurğulamışdır.
Natiq qeyd etmişdir ki, məhz Heydər Əliyevin titanik səyləri sayəsində iqtisadi quruculuq sahəsində islahatlar proqramı hazırlanıb həyata keçirilmiş, Azərbaycana xarici sərmayənin qoyulması üçün şərait yaranmış, yeni iqtisadi və siyasi, dövlət quruculuğu mərhələsinə keçməyin təməli qoyulmuşdur. Qısa müddətdə keçdiyimiz tarixi yolun əsas nəticələrini əbədi liderimizin özü belə ümumiləşdirmişdir: “Biz birinci növbədə, mülkiyyətin özəlləşdirilməsini təmin etdik. Kənd təsərrüfatında torpaq islahatı keçirdik. Torpağı onun sahibinə, kəndlilərə payladıq. Özəlləşdirmə, torpaq islahatı, xarici ticarətin, ümumiyyətlə, ticarətin liberallaşdırılması, xarici sərmayələrin cəlb olunması-bunlar hamısı qısa bir zamanda Azərbaycanın iqtisadiyyatının ardıcıl surətdə inkişaf etməsinə şərait yaratdı”.
Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasının sədri professor Şahlar Əsgərov, Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri professor Zəhra Quliyeva konfrans iştirakçılarını salamlayıb, onlara uğurlar arzulamışlar.
Milli Məclisin iqtisadi siyasət daimi komissiyası sədrinin müavini professor Əli Əlirzayevin “Sosial-iqtisadi inkişaf konsepsiyası”, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Şahbaz Muradovun “Müasir mərhələdə Azərbaycanda demoqrafiya, məşğulluq və işsizlik sahəsində dövlət siyasətinin əsas istiqamətləri”, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun “Azərbaycanda sosial sığorta və pensiya islahatları”, Bakı Biznes Universitetinin rektoru professor İbad Abbasovun “Azərbaycan sosial-iqtisadi inkişafın yeni mərhələsində” adlı məruzələri maraqla dinlənilmişdir.
Məruzələrdə sosial-iqtisadi inkişafın sürətləndirilməsi konsepsiyasının ilkin şərtləri araşdırılmış, belə bir ümumi fikir ifadə olunmuşdur ki, respublikada həyata keçirilən islahatlar nəticəsində bütün sosial-iqtisadi sahələrdə inkişafın dinamik artımı və köklü keyfiyyət dəyişiklikləri baş vermişdir. Neft sənayesinə yatırılan xarici kapital bu sahədə istehsalın artmasına səbəb olmuşdur. Əhalinin sosial təminatı, maddi rifahının yaxşılaşdırılması, yoxsulluğun azaldılması sahəsində Azərbaycan Prezidentinin rəhbərliyi altında bir sıra layihələr hazırlanıb həyata keçirilir, “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 2003-cü il 24 noyabr tarixli Fərman, beş illik “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” reallaşdırılır.
Konfrans öz işini bölmələrdə davam etdirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub
- 01.10.2026 [23:51]
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb
- 01.10.2026 [23:23]
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
- 01.10.2026 [23:18]
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
- 01.10.2026 [22:55]
TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər
- 01.10.2026 [22:51]
Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil
- 01.10.2026 [22:41]
Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib
- 01.10.2026 [22:22]
FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib
- 01.10.2026 [21:16]
Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib
- 01.10.2026 [21:07]
Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək
- 01.10.2026 [20:35]
Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib
- 01.10.2026 [20:15]
Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma
- 01.10.2026 [20:04]
Bu saata olan əsas xəbərlər
- 01.10.2026 [20:01]
Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib
- 01.10.2026 [19:51]
Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar
- 01.10.2026 [19:33]
AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib
- 01.10.2026 [19:30]
Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir
- 01.10.2026 [19:17]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:13]
Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir
- 01.10.2026 [19:12]
Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb
- 01.10.2026 [19:09]
Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib
- 01.10.2026 [18:54]
Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb
- 01.10.2026 [18:45]
Cəlilabadda fərdi yaşayış evində yanğın olub
- 01.10.2026 [18:41]
Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb
- 01.10.2026 [18:20]
“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb
- 01.10.2026 [18:16]
Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib
- 01.10.2026 [18:15]
Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb
- 01.10.2026 [17:57]
Ali Məclisin deputatının mandatı ləğv edilib
- 01.10.2026 [17:54]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:53]
Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq
- 01.10.2026 [17:46]
Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK
- 01.10.2026 [17:39]
Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH
- 01.10.2026 [17:37]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [17:32]
“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib
- 01.10.2026 [17:26]
Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub
- 01.10.2026 [17:22]
Karib hövzəsi ölkələri ASAN modelini öyrənir
- 01.10.2026 [17:19]
Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır
- 01.10.2026 [17:14]
Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb
- 01.10.2026 [17:11]