Bakı Dövlət Sirkinin orkestr heyəti Silahlı Qüvvələr Günü ilə əlaqədar çıxışı edib
Bakı, 27 iyun, AZƏRTAC
Bakı Dövlət Sirkinin orkestr heyəti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranmasının 103-cü ildönümü münasibətilə Zabitlər bağında qazi və şəhid ailələri qarşısında musiqi nömrələri ilə çıxış̧ edib.
Qələbə sevincli bu bayramı paylaşmaq məqsədilə tədbirdə Müslüm Maqomayevin “Azərbaycan”, Rauf Hacıyevin “Azərbaycan”, cazla sintez olunmuş “Cəngi” və vətənpərvər mövzuda digər mahnılar səsləndirilib.
Tədbir iştirakçıları Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan xalqını təbrik edib, Ulu Öndər tərəfindən qurulan və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qələbə qazanan Azərbaycan Ordusunun şücaətindən, gücündən geniş bəhs ediblər.