Bakı Dövlət Universiteti tələbələrinin yazıçı Elxan Elatlı ilə görüşü keçirilib
Bakı, 30 noyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə yazıçı Elxan Elatlı ilə tələbələrin onlayn görüşü keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə universitetin THİK sədri Hacıbaba Mustafayev yazıçı Elxan Elatlınının həyat və yaradıcılığı haqqında məlumat verib. O, yazıçının əsərləri və müasir Azərbaycan ədəbiyyatında detektiv janrında yazılmış nümunələrdən bəhs edərək belə görüşlərin keçirilməsinin əhəmiyyətinə diqqət çəkib.
Sonra çıxış edən yazıçı Elxan Elatlı ali məktəbdə təhsil aldığı müddətdə qazandığı uğurlardan bəhs edib. O, xatirələrini bölüşərək tələbələrə tövsiyələrini verib, onları bədii ədəbiyyat oxumağa dəvət edib. Yazıçı bir sıra əsərlərində tələbəlik illərindəki həyatını qələmə aldığını da bildirib.
“Zoom” platforması üzərindən təşkil edilən görüşdə BDU-nun Mexanika-riyaziyyat, Jurnalistika, Biologiya, Filologiya, Kimya və Şərqşünaslıq fakültələrinin tələbələri iştirak ediblər. Görüş tələbələrin suallarının cavablandırılması və yazıçının əsərlərinin müzakirəsi ilə başa çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [16:48]
BDU-da “Azərbaycan dili - açıq dərslər” layihəsinin növbəti görüşü
- 01.10.2026 [16:36]
BMU “ADEX 2026”da tətbiqyönümlü elmi-tədqiqat nəticələrini təqdim edir
- 01.10.2026 [16:17]
BDU tələbələri kibertəhlükəsizlik haqqında məlumatlandırılıb
- 01.10.2026 [16:13]
Pedaqoji Universitetin magistratura plan yerləri 5 ildə 71 faizdən çox artıb
- 01.10.2026 [16:10]
Qərbi Azərbaycanda tarixi abidələrimiz - Göy məscid
- 01.10.2026 [15:45]