BAKI FOND BİRJASININ MƏLUMATI
Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş “Dövlət qısamüddətli istiqrazların buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında” Əsasnaməyə və Maliyyə Nazirliyi ilə bağlanmış müqaviləyə uyğun olaraq, sentyabrın 19-da Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 10202004S saylı dövlət qeydiyyatından keçmiş qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərracda 7 iştirakçı çıxış etmiş, sifarişlərin nominal üzrə ümumi məbləği 10 577 000 000 manat olmuşdur.
Sifarişlər 97,20 faiz (gəlirlik 11,55 faiz) - 97,09 faiz (gəlirlik 12,02 faiz) qiymət intervalında təqdim edilmişdir.
İstiqraz vərəqələrinin rəqabətli sifarişlər üzrə kəsmə qiyməti 97,12 faiz (gəlirlik - 11,89 faiz), orta ölcülmüş qiymət 97,12 faiz ( gəlirlik - 11,89 faiz) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyənləşdirilmişdir.
İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi, 1 919 000 000 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 10 559 000 000 manat məbləğində müəyyən edilmişdir.
İstiqraz vərəqələrinin ödəmə tarixi 19 dekabr 2002-ci ildir.
İstiqraz vərəqələrinə müllkiyyət hüquqları depozitaridə “Depo” hesablarında yazı formasında qeyd olunur.