“BAKI”-“LEVSKİ” CÜTLÜYÜNÜN QALİBİ BOLQARISTANDA MÜƏYYƏN EDİLƏCƏKDİR
Bakı, 28 iyul (AZƏRTAC). İyulun 28-də UEFA Çempionlar Liqasının üçüncü seçmə turu çərçivəsində Azərbaycan paytaxtının “Bakı” futbol klubu Tofiq Bəhramov adına Respublika stadionunda Bolqarıstanın “Levski” komandasını qəbul etmişdir.
“Bakı” meydana aşağıdakı heyətlə çıxmışdı: Şarlia, Savinov, Bates, Barbosa, Borets, Şoliç, Skuliç, Peres, Müciri, Qurbanov, Feliks.
Bolqarıstan komandasının məşqçisi bu oyuna aşağıdakı futbolçuları çıxarmışdı: Petkov, Milanov, Rabex, Topuzakov, Minef, Qadjev, Sarmov, Bardon, Ze Soares, Yovov, Orteqa.
Görüşü Sveyn Oddvar Moen başda olmaqla, norveçli hakimlər briqadası idarə edirdi. Matç Azərbaycan çempionunun hücumları ilə başlandı. Görüşün birinci hissəsi gərgin idman mübarizəsi şəraitində keçdi. İkinci hissədə də oyunun mənzərəsi dəyişmədi. Bu matç qolsuz heç-heçə ilə başa çatdı - 0:0. Cavab görüşü bir həftədən sonra Bolqarıstanda keçiriləcəkdir.
Xatırladaq ki, Azərbaycanın “Bakı” futbol klubu Çempionlar Liqasının ikinci seçmə turunda Litvanın “Ekranas” komandası ilə iki görüşün yekunlarına görə növbəti mərhələyə keçmişdir.
######
|
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]

