BAKI MƏKTƏBİNDƏ “KALUQA YARMARKASI” KEÇİRİLMİŞDİR
Məktəbin direktoru Faina Ələkbərova tədbiri açaraq Azərbaycan və Rusiya arasındakı çoxəsrlik əlaqələri, iki ölkə prezidentlərinin görüşlərini, ötən il Rusiyada Azərbaycan, bu il isə Azərbaycanda Rusiya ilinin keçirildiyini xatırlatmış, iqtisadi, siyasi və mədəni sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsində səfirliklərin səmərəli işlərindən danışmışdır.
Direktor başçılıq etdiyi təhsil ocağının şagirdlərinin Kaluqa şəhərinə qiyabi səyahətindən, bu şəhərlə bağlı tarixi faktları, qədim rus adət-ənənələrini, folklorunu öyrənməsindən danışarkən bütün bunların Rusiya məktəbləri ilə sıx əlaqələr sayəsində mümkün olduğunu vurğulamışdır.
Ənənəvi rus xalq geyimində səhnəyə çıxan məktəblilərin ifasında “Kaluqa yarmarkası” ədəbi-bədii kompozisiya alqışlarla qarşılanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]