Bakı-Naxçıvan-Bakı avtobuslarına biletin qiyməti açıqlanıb
Bakı, 16 iyul, AZƏRTAC
İyulun 17-dən etibarən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarına əsasən, Bakı-Naxçıvan-Bakı marşrutu fəaliyyətə başlayır. İlkin olaraq yalnız səhər reyslərinin təşkili nəzərdə tutulur.
Bakı Beynəlxalq Avtovağzal Kompleksindən AZƏRTAC-a bildirilib ki, sərnişinlər bu gündən etibarən iyul ayının 17-si saat 09:00 reysinə, eləcə də növbəti günlərə gediş bileti əldə edə bilərlər. Gediş biletinin qiyməti 30 manat, 5-10 yaşarası uşaqlar üçün isə 50 faiz güzəşt olmaqla 15 manat təşkil edir. Gediş biletlərini Bakı Beynəlxalq Avtovağzalının kassalarından, eləcə də avtovağzala gəlmədən internet üzərindən “avtovagzal.az” saytı vasitəsilə onlayn gediş bileti sifariş edə bilərsiniz. Reyslər yüksək komfortlu, geniş salona malik, sərin, Avropa standartlarına cavab verən müasir tipli avtobuslarla həyata keçiriləcək.
Sərnişinlərin nəzərinə çatdırılır ki, gömrük keçid məntəqəsində sərnişinlərdən COVID-19 testi götürüləcək. Bu testlər Azərbaycan vətəndaşları üçün pulsuzdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]