Bakı rusiyalı turistlərin ən çox ziyarət etdiyi 10 şəhər arasındadır
Bakı, 5 may, AZƏRTAC
Rusiyalı turistlərin cari ilin may ayının əvvəlində ən çox səyahət etdiyi şəhərlərin reytinqi açıqlanıb. Rusiyanın “travel.ru” saytının məlumatına əsasən, reytinq aprelin 30-dan mayın 4-dək olan müddət üçün otel və hostellərdə bronlaşdırmaya əsaslanıb.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, saytda rusiyalı turistlərin Bakıda bir sutka ərzində orta hesabla 3 min rubl və ya 68 manat xərclədikləri yazılıb.
Müqayisə üçün qeyd etmək olar ki, qonşu ölkənin turistləri bir sutka ərzində Belarus və Polşada 2 min rubl və ya 45 manat, Sinqapur və Londonda isə 10 min rubl və ya 227 manat xərcə düşüblər.
Ümumiyyətlə, rusiyalı turistlərin qeyd edilən vaxt kəsiyində ən çox axın etdiyi şəhərlərin ilk onluğu bu cürdür: Minsk, Riqa, Praqa, Tallinn, Bakı, Vilnüs, Tbilisi, Roma, Helsinki və Belqrad.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]