Bakı sakini Qusarda meşə ərazisində basdırdığı silah-sursatı çıxararkən saxlanılıb
Qusar, 12 yanvar, Elxan Yusifli, AZƏRTAC
Qusar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları qanunsuz saxlanılan silah-sursat aşkar ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini, Qusarda qeydiyyatsız yaşayan, əvvəllər məhkum olunan Akif Ağaxanov nömrəsi silinən “AKM” markalı silahı, 1 ədəd səsboğucu, 6 ədəd patron və 1 ədəd patron darağını əvvəllər basdırdığı meşə ərazisindən çıxararkən saxlanılıb.
Faktla bağlı RPŞ-də araşdırma aparılır.