Azərbaycan Dövlət İnformasiya Agentliyi

BAKI SLAVYAN UNİVERSİTETİNİN REKTORU,PROFESSOR KAMAL ABDULLAYEVİN ÇIXIŞI

-Hörmətli təqdimat iştirakçıları!

Xanımlar və cənablar!

Bu gün təqdimatına toplaşdığımız dəyərli əsərin müzakirəsinə keçməmişdən öncə, icazənizlə, öz təəssüratımı sizinlə bölüşüm. Şübhəsiz ki, böyük şəxsiyyət, böyük mənada insan, böyük dövlət xadimi, təkcə Azərbaycana yox, dünyaya məxsus bir insan olan cənab Heydər Əliyev haqqında keçmiş zamanda danışmaq, təbii ki, çox ağırdır. Həmişə bizə elə gəlir ki, o, bizimlədir. Onun nəfəsini, onun işığını biz bu gün də duymaqdayıq.

Onun haqqında olan xoş sözlər, tədqiqatlar, onunla bağlı təəssüratlar hamımıza bəllidir və bunlar kitablar, monoqrafiyalar, məqalələr şəklində işıq üzü görüb və bundan sonra da görəcəkdir. Amma qeyd etmək istərdim ki, bu gün təqdimatına yığışdığımız bu sanballı, Əliyevşünaslığa, bütövlükdə Vətənşünaslığa dəyərli töhfə xüsusilə seçilir. Nə ilə? Biz həmişə öz Prezidentimizi yaxından tanıyıb, onun bütün fəaliyyətini duyduqlarını görüb, onunla eyni istiqamətə baxanlardanıq və bizim onun haqqında dediklərimiz şahidi olduqlarımız barədə açıq həqiqətdir. Amma bu kitabda toplanmış dəyərli materiallar, təəssüratlar, fikirlər, sözlər bütün dünyanın tanıyıb qəbul etdiyi görkəmli dövlət xadimlərinə, mədəniyyət, incəsənət ustalarına məxsusdur. Artıq bu, elə bir həqiqətdir ki, ən ali mərhələdə məskən salmışdır.

Deyirlər ki, öz Vətənində, öz məmləkətində Peyğəmbər olmaq çətin məsələdir, mümkün deyildir. Heydər Əliyev sübut elədi ki, öz məmləkətində də Peyğəmbər olmaq mümkündür və bu gün o, sözün əsl mənasında, öz məmləkətinin Peyğəmbəridir və dünyanın qəbul etdiyi, dəyərləndirdiyi, dünyanın ən yüksək bilik və mərifət, ağıl sahiblərinin qəbul edib qiymətləndirdikləri bir şəxsiyyətdir.

Mənim gözümün qarşısından heç zaman çəkilməyən bir obraz var, - bunu həmişə demişəm və deyəcəyəm, - Müəllim-Prezident, əlində sinif müəllimlərinin tutduğu çubuqla xəritə qarşısında dünya dövlətlərinin başçılarına Azərbaycan, onun həqiqəti, onun bu günü, başına gələn bəlalar haqqında danışan, ürəyi yanğılı, beyni, qəlbi, varlığı Azərbaycan eşqi ilə dolu bir Prezident var. Bu, bizim hamımızın gözünün qarşısından heç zaman çəkilməyəcək bir obrazdır.

Mənim gözümün qarşısında dəfələrlə ən ekstremal, gərgin hallarda Azərbaycan xalqının imdadına yetişmiş, həyatı qayıdışlarla dolu olan bir insan, böyük bir şəxsiyyət var. Hakimiyyətə qayıdışı gözümüzün önündən keçir. Prezidentimizin zəlzələ zamanı, ən ağır vaxtlarda evindən işinə qayıdışı gözümüzün önündən keçir. Bu gün də Prezidentimizin bir qayıdışı da onun siyasi və mənəvi varisi olan cənab İlham Əliyevin simasında, şəxsiyyətində olan qayıdışıdır, yenidən Azərbaycana qayıdışıdır, yenidən dünyaya qayıdışıdır.

Bu kitabı vərəqlərkən çoxumuz Heydər Əliyev şəxsiyyəti barədə təəccüblərini, ən gözəl ürək sözlərini deməkdən özünü saxlaya bilməyən, qiyabidən-qiyabiyə tanıdığımız böyük və görkəmli dövlət xadimlərinin fikirləri gözümüzün önündən keçəcəkdir. Bu kitabı vərəqlərkən insanın qəlbi onu ərsəyə gətirənlərə minnətdarlıq hissi ilə dolur. İdeya müəllifi və buraxılışına məsul fəlsəfə elmləri doktoru, professor Ramiz Mehdiyev olan, AZƏRTAC-ın əməkdaşlarının iştirakı ilə nəfis şəkildə, çox yüksək zövqlə hazırlanmış kitabda zəhməti olan hər bir adama təşəkkür düşür. Xüsusilə, rəssamlarına, tərtibatçılarına, redaktorlarına. Bu kitabın işıq üzü görməsində xidməti olmuş AZƏRTAC-ın baş direktoru Aslan Aslanova təşəkkür düşür. Bütün bunların hamısı bir yerdə böyük Heydər Əliyevə məhəbbətdir ki, bax belə sanballı, dəyərli əsərdə öz inikasını tapmışdır.

Ramiz müəllimi biz Heydər Əliyevin ən yaxın silahdaşlarından biri kimi tanıyırıq və cənab Prezidentlə uzun illər bərabər çalışması imkan vermişdir ki, onun haqqında deyilən sözlər, onun şəxsiyyətinin genişliyi və bütövlüyü burada, həqiqətən, adekvat şəkildə öz əksini tapsın.

Heydər Əliyev şəxsiyyəti haqqında çox söz demək olar. Burada çıxış edənlər olacaq və onlar ürək sözlərini deyəcəklər. Heydər Əliyev haqqında çox sözlər yazılacaq və onlar hamının – Heydər Əliyevi sevərlərin, Heydər Əliyev şəxsiyyətinin nə demək olduğunu dərindən anlayanların stolüstü kitabı olacaqdır.

Amma bu kitab məktəblidən tutmuş, ixtisasından asılı olmayaraq, hər bir insan üçün çox dəyərli bir vəsaitdir desək, yəqin səhv etmərik. Məktəbli, tələbə, müəllim bu kitabda Heydər Əliyevə qayıdacaqlar. Bu dəfə kənardan, dünyadan - İngiltərədən, Amerikadan, Fransadan, Türkiyədən, İrandan, Rusiyadan – bütün bu nöqtələrdən Heydər Əliyev şəxsiyyətinin böyüklüyü bir daha görünəcəkdir.

Mənim yadıma bu kitabın əsas səhifələrindən birini təşkil edən Rusiyanın Prezidenti cənab Putinlə olan görüş düşür. O görüşdə cənab Putinin bizim Prezidentimiz haqqında dediyi xoş sözlər bu kitabda öz əksini tapıbdır. O görüşlə bağlı mən öz təəssüratımı bölüşmək istəyirəm. Cənab Putinə Bakı Slavyan Universitetinin fəxri doktor adı verilən görüşdə mən də iştirak edirdim. Təsəvvür etməzsiniz, cənab Putin bizim Prezidentimizə ən adi məqamlarda nə dərəcədə böyük ehtiramla münasibət bəsləyirdi. Bu, təkcə dövlət başçısının sözdə deməli olduğu ehtiramın təzahürü deyildi. Bu, Prezidentimizin böyüklüyünə, ağsaqqallığına, dünyagörüşünə, Heydər Əliyev yüksəkliyinə verilən layiqli bir qiymət idi.

Yenə demək istəyirəm, kaş o, bu gün sağ olaydı. Kaş bu gün onun nəfəsi gələydi. Azərbaycanın onunla bir və ondan sonra getdiyi yola baxaydı, bu yolun yolçularına baxaydı, öz mənəvi-siyasi varisinin uğurlarına sevinəydi. İnanıram ki, onun ruhu bu gün buradadır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyunu başlayıb

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır

BMT-nin iclasında Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasından narahatlıq ifadə olunub

ADEX sərgisi Azərbaycanın hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirir ŞƏRH

Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycanlı alimlər Qazaxıstanda türk irsinə həsr olunmuş konfransda iştirak edirlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub

Dəmir Yolları: Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçiriləcək

Azərbaycan – Lixtenşteyn oyununa 4500 bilet satılıb

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

İsrailin Rusiyadakı səfiri: “Flydubai” reysində baş verən insident terror aktına cəhd kimi qiymətləndirilir

BDU-da “Azərbaycan dili - açıq dərslər” layihəsinin növbəti görüşü

“Birliyin Gücü – 2026” təlimi çərçivəsində media nümayəndələri səhra hospitalı ilə tanış olublar VİDEO

“Birliyin Gücü – 2026” təlimi çərçivəsində media nümayəndələri səhra hospitalı ilə tanış olublar VİDEO

Fransada lisey şagirdlərinin aksiyaları genişlənir: 625 nəfər saxlanılıb

Bakıda üzgüçülük üzrə Dünya Kuboku çərçivəsində fan zona təşkil edilib

Ukraynalı uşaqlar Qəbələdə reabilitasiya xidmətlərinə cəlb olunub VİDEO

Ukraynalı uşaqlar Qəbələdə reabilitasiya xidmətlərinə cəlb olunub VİDEO

BMU “ADEX 2026”da tətbiqyönümlü elmi-tədqiqat nəticələrini təqdim edir

Aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir

ABŞ qlobal yanacaq qiymətlərini sabitləşdirmək üçün Almaniya və Fransaya dizel ehtiyatlarını azaltmağı təklif edib

Naxçıvanda emal sənayesi üzrə məhsul istehsalı 5,3 faiz artıb

Siyasi şərhçi: Azərbaycanın müdafiə sənayesi təhlükəsizliyin əsas dayaqlarından biridir

Gəncədə “PeşəFest-2026” layihəsi reallaşıb

“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq

Yunanıstan mediası: Azərbaycanla əməkdaşlıq enerji çərçivəsindən çıxaraq yeni sahələri əhatə edir

Pedaqoji Universitetin magistratura plan yerləri 5 ildə 71 faizdən çox artıb

Tailandda şiddətli yağışlar 3 milyondan çox insana ziyan vurub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Göy məscid

“Nyukasl” 1988-ci ildən bəri ilk dəfə loqosunu yeniləyib

“Birliyin Gücü – 2026” təlimində Xocavənddə müxtəlif döyüş tapşırıqları icra olunub VİDEO

“Birliyin Gücü – 2026” təlimində Xocavənddə müxtəlif döyüş tapşırıqları icra olunub VİDEO

Ortaq mədəni irsin önəmi: İraq türkmanları ilə akademik əməkdaşlıq gücləndirilir

Azərbaycanın müdafiə sənayesinin inkişafı regionda sabitliyə töhfə verir ŞƏRH