Bakı-Sumqayıt yolu üzrə avtobus zolağına çıxan nəqliyyat vasitələri cərimələnəcək
Sumqayıt, 10 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Bakı-Sumqayıt yolu üzrə hər iki istiqamətdə avtobus zolağı çəkilib. Məqsəd magistral yolda pik saatlarda sıxlıq zamanı vətəndaşların rahat mənzil başına çatmasını təmin etməkdir.
Avtobus zolağının çəkilməsi ictimai nəqliyyatın maneəsiz hərəkət etməsinə hesablansa da, bəzi sürücülər buna problem yaradırlar. Belə ki, avtobuslar üçün çəkilmiş zolağa daxil olan sürücülər ictimai nəqliyyatın hərəkətinə maneə yaradır və avtobusların da tıxacda qalmasına səbəb olurlar. Lakin avtobus zolağına daxil olan sürücülər inzibati xəta törətmələrindən xəbərsizdirlər.
AZƏRTAC Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, avtobus zolağına daxil olaraq qanunun tələbini pozan sürücülər yol hərəkəti qaydalarını pozmuş
olurlar. Qaydaları pozan sürücüləri 327.1 maddəsi ilə 40 manat cərimə gözləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:33]
Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub
- 02.10.2026 [18:27]
“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub
- 02.10.2026 [17:58]
Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib
- 02.10.2026 [17:30]
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO
- 02.10.2026 [17:21]
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
- 02.10.2026 [16:41]