BAKI-TBİLİSİ-CEYHAN BORU KƏMƏRİ ŞİRKƏTİ TORPAQ SAHİBLƏRİ İLƏ MÜQAVİLƏLƏR BAĞLAYIR
Layihəyə görə, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin 33 kilometri Tovuz rayonunun ərazisindən keçəcəkdir.
Respublika Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Tovuz rayon şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, boru kəmərinin keçəcəyi marşrutda 741 ailənin pay torpağı vardır. Bununla əlaqədar Bakı-Tbilisi-Ceyhan Boru Kəməri Şirkətinin nümayəndəsi rayon torpaq şöbəsinin işçiləri ilə birlikdə həmin ailələrlə pay torpaqlarının boru kəmərinin keçəcəyi hissəsinin üç il müddətinə icarəyə götürülməsi barədə müqavilə imzalayırlar. Artıq 500-dən yuxarı sahibkarla müqavilə bağlanıb və bu iş yaxın günlərdə başa çatdırılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:50]
Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq
- 22.09.2026 [18:22]
Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK
- 22.09.2026 [17:57]