BAKI-TBİLİSİ-CEYHAN MARŞRUTU ƏN OPTİMAL VARİANTDIR
Mətbuat nümayəndələri ilə görüşdə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinə dair AZƏRTAC-ın müxbirinin sualını cavablandıran “bp Azərbaycan” şirkətinin prezidenti Devid Vudvord demişdir ki, Gürcüstan hökuməti bu layihə üzrə “Ətraf mühitə və sosial sahəyə təsirin tam qiymətləndirilməsi” (ƏMSSTQ) sənədini noyabrın 30-da təsdiq etmişdir. Bu bir daha sübut edir ki, ətraf mühit, sosial sahə, əməyin təhlükəsizliyi və tikinti imkanları baxımından Bakı-Tbilisi-Ceyhan marşrutu Azərbaycan, Gürcüstan və Türkiyə üçün ən optimal variantdır. Layihə beynəlxalq standartlara tam uyğundur və ətraf mühitlə bağlı risklərin minimuma endirilməsi qaydasında istismar olunacaqdır. Kəmərin tikintisinə gələn ilin birinci rübündə başlanacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:50]
Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq
- 22.09.2026 [18:22]
Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK
- 22.09.2026 [17:57]