Bakı Turizm Peşə Məktəbində Təhsil-Təlim Mərkəzinin açılışı olacaqdır
Bakı, 23 noyabr (AZƏRTAC). Noyabrın 25-də Mədəniyyət və Turizm Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının (BMTİP) birgə layihəsi çərçivəsində Bakı Turizm Peşə Məktəbində turizm sahəsi üzrə peşəkar kadrların hazırlanması üçün Təhsil-Təlim Mərkəzinin açılışı olacaqdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iki qurum arasında 2012-ci il noyabrın 13-də “Bakı Turizm Peşə Məktəbinin dəstəklənməsi” adlı iki illik layihənin birgə həyata keçirilməsinə dair müqavilə imzalanmışdır.
Layihənin əsas məqsədi turizm sektorunda peşəkar kadrların hazırlanması üçün Bakı Turizm Peşə Məktəbinin fəaliyyətinin gücləndirilməsi və məktəb məzunlarının xidmət sahəsində peşəkarlığının artırılması ilə bu sahədə rəqabətə davamlılığı yüksəltməkdir.
Noyabrın 25-də başlayacaq ilk təlimlərə Türkiyə və Ukraynadan turizm xidməti sahəsində peşəkar ekspertlər dəvət olunmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]