BAKIDA 14-CÜ BEYNƏLXALQ SƏHİYYƏ VƏ 3-CÜ BEYNƏLXALQ STOMATOLOGİYA SƏRGİLƏRİ AÇILACAQDIR
AZƏRTAC xəbər verir ki, sentyabrın 24-dən 27-dək Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində “İteca Caspian” LLC və onun İngiltərədəki tərəfdaşı “İTE Group” PLC şirkətlərinin təşkilatçılığı ilə”Bihe-2008” 14-cü Azərbaycan beynəlxalq səhiyyə və “Stomatology-2008” 3-cü Azərbaycan beynəlxalq stomatologiya sərgiləri keçiriləcəkdir.
“Bihe” sərgisi bu gün Azərbaycanın tibb və səhiyyə sahəsində yeganə ixtisaslaşdırılmış sərgidir. İştirakçılar peşəkarların forumuna çevrilmiş bu tədbirdə tibbi texnika və avadanlığın ən son modelləri ilə tanış olmaq, təcrübə və yeni biliklər mübadiləsi aparmaq imkanı əldə edəcəklər.
Sərgidə iştirak edən şirkətlər məhsul və xidmətlərini farmakologiya, tibbi avadanlıq və materiallar, optika və oftalmologiya, diaqnostika cihazları, ortopediya və reabilitasiya, tibb sahəsində informasiya texnologiyaları və digər bölmələr üzrə təqdim edəcəklər.
“Bihe-2008” sərgisi Azərbaycan Səhiyyə Nazirliyi, Ticarət və Sənaye Palatası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Stomatoloji Assosiasiyasının rəsmi dəstəyi ilə keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]