BAKIDA BOKS ÜZRƏ BEYNƏLXALQ TURNİRİN TƏNTƏNƏLİ AÇILIŞI OLMUŞDUR
Martın 18-də Bakı İdman Sarayında Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti, professor Ənvər Çoudrinin şərəfinə təşkil edilmiş ənənəvi beynəlxalq turnirin təntənəli açılış mərasimi olmuşdur. Xatırladaq ki, bu turnir Bakıda 7-ci dəfədir keçirilir. İlk beş turnir gənclər və yeniyetmələr arasında keçirilsə də, ötən ildən etibarən milli komandaların boksçuları da öz güclərini sınayırlar.
Martın 22-dək davam edəcək turnirdə on iki ölkədən 130-dək idmançı 11 çəki dərəcəsində qələbə uğrunda mübarizə aparacaqdır. Azərbaycan bu turnirdə üç komanda ilə təmsil olunur.
Yarış iştirakçıları - Özbəkistan, Türkiyə, Çin, Rusiya, Moldova, Pakistan, Malayziya, Küveyt, Qazaxıstan, İran, Gürcüstan, Azərbaycan komandaları tamaşaçıların alqışı və idman marşının sədaları altında salona daxil oldular.
Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti, AŞPA sədrinin müavini və Büro üzvü İlham Əliyev və AİBA-nın prezidenti Ənvər Çoudri açılış mərasimində çıxış etdilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [21:18]
52-ci Berlin Marafonunda 162 ölkədən 50 mindən çox iştirakçı yarışıb
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]