BAKIDA DÜNYA ÇEMPİONATI YÜKSƏK SƏVİYYƏDƏ TƏŞKİL EDİLMİŞDİR
Bu sözləri AZƏRTAC-a xüsusi müsahibəsində Türkiyənin güləş üzrə yığma komandasının rəhbəri, dünya və Avropa çempionu Sırrı Acar demişdir.
Dünya çempionatına 7 nəfər idmançı ilə qatıldıqlarını bildirən S.Acar Bakıda keçirilən dünya çempionatı ilə bağlı fikirlərini belə ifadə etmişdir: - Dünya birinciliyinin Azərbaycanda keçirilməsindən bir türk olaraq qürur hissi duyuram. Ölkənizdə bütün sahələrdə olduğu kimi, idmanın inkişafında da böyük uğurlar özünü göstərir. Əks təqdirdə Azərbaycanda Fərid Mansurov kimi məşhur idmançılar yetişməzdi. Onun qələbəsi təkcə Azərbaycanın deyil, bütün türk idmançılarının qələbəsidir. Biz onunla fəxr edirik.
Sırrı Acar yarışların yüksək səviyyədə təşkilindən də razılığını bildirmişdir.
Bakıya ilk dəfə gəldiyini söyləyən Türkiyə yığmasının rəhbəri paytaxtımızın gözəlliyindən, insanların mehriban rəftarından ürək dolusu söz açmışdır.
Türkiyə komandasının tərkibində dünya və Avropa çempionlarının olduğunu deyən Sırrı Acar 2008-ci ildə keçiriləcək Pekin Olmpiya Oyunlarına lisenziya qazanacaqlarını əminliklə vurğulamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [22:46]
“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]