BAKIDA EKOTURİZMƏ DAİR BEYNƏLXALQ KONFRANS VƏ EKSPERT QRUPUNUN GÖRÜŞÜ KEÇİRİLƏCƏKDİR
BAKIDA EKOTURİZMƏ DAİR BEYNƏLXALQ KONFRANS VƏ EKSPERT QRUPUNUN GÖRÜŞÜ KEÇİRİLƏCƏKDİR
Tehran, 7 iyun (AZƏRTAC). Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə iyunun 10-dan 12-dək Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Ekoturizm üzrə 2-ci ekspert qrupunun görüşünü və “Ekoturizmin inkişafında ekoloji, iqtisadi və mədəni üstünlüklərinin müəyyən edilməsinin əsasları” mövzusunda beynəlxalq konfrans təşkil edəcəkdir.
Tədbirlərdə İƏT-ə üzv olan dövlətlərin nümayəndələrinin iştirakı nəzərdə tutulmuşdur.
Qeyd edək ki, Azərbaycan İƏT tərəfindən ekoturizm üzrə fəaliyyət proqramının əlaqələndiricisi təyin olunmuşdur. Artıq Mədəniyyət və Turizm Nazirliyi İƏT-ə üzv dövlətlərin ekoturizm sahəsində əməkdaşlığının (2010-2011) fəaliyyət istiqamətlərini işləyib hazırlamışdır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]