BAKIDA GÜLƏŞ ÜZRƏ DÜNYA ÇEMPİONATI BAŞLAMIŞDIR
YARIŞLARDA YÜZDƏN ÇOX ÖLKƏNİN İDMANÇISI İŞTİRAK EDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 17-də Bakıda Heydər Əliyev adına İdman-Konsert Kompleksində kişi və qadınlar arasında sərbəst və yunan-Roma güləşi üzrə dünya çempionatı açılmışdır.
Çempionat yunan-Roma güləşi üzrə 55, 60 və 66 kiloqram çəki dərəcələrində pəhləvanların mübarizəsi ilə başlamışdır. Bu çəki dərəcələrində Azərbaycanın idman şərəfini Rövşən Bayramov (55 kq), Vitali Rəhimov (60 kq) və Fərid Mansurov (66 kq) qoruyacaqlar.
Mötəbər yarışda hər çəki dərəcəsi üzrə 8 güləşçi dünya səviyyəsində tanınmaqla yanaşı, 2008-ci ildə keçiriləcək Pekin Yay Olimpiya Oyunlarına da vəsiqə qazanacaqdır.
Dünya çempionatına yüzdən artıq ölkəni təmsil edən təqribən 2000-dən çox idmançı qatılmışdır. Çempionata qatılan dövlətlərdən yalnız 47-nin nümayəndə heyətinin tərkibində qadın güləşçi vardır. Yarışları müxtəlif olkələrdən olan 100-ə yaxın hakim idarə edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [22:46]
“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]