BAKIDA İDMAN RƏQSLƏRİ ÜZRƏ BEYNƏLXALQ TURNİR BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, dekabrın 1-2-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən idman rəqsləri üzrə beynəlxalq turnir başa çatmışdır.
Azərbaycandan bu yarışa standart rəqslər üzrə 17, Latın Amerikası proqramı üzrə 16 cütlük qatılmışdı.
Final mərhələsinə 7 cütlük qalmışdı. Yarışın 1-ci günü (standart rəqslər) Azərbaycan nümayəndəsi Boqdan Tyaqlı və Valeriya Syomuşkina 7-ci yerə layiq görülərək finala çıxmışlar.
2-ci gün (Latın Amerikası rəqsləri) isə finala 6 cütlük daxil edilmişdi. Ölkəmizdən Azər Əşrəfov və Olqa Tolstaşova 6-cı yerə layiq görülərək finala çıxmışlar.
Nəticədə Latın Amerikası rəqslərində Moldova 1-ci, Polşa 2-ci, Ukrayna idmançıları 3-cü yerə layiq görülmüşlər.
Standart rəqslər üzrə isə (Avropa proqramı) müxtəlif yaş qruplarında 1-ci və 2-ci yerləri Rusiya idmançıları qazanmışlar. Litva təmsilçiləri 3-cü yeri tutmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]