Bakıda II Bütöv Azərbaycan Forumu işə başlayıb
Bakı, 17 dekabr, AZƏRTAC
Dekabrın 17-də Bakıda II Bütöv Azərbaycan Forumu keçirilir.
AZƏRTAC xəbər verir ki, Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə baş tutan Forumun keçirilməsində əsas məqsəd Azərbaycanın bütövlüyünü gündəmə gətirmək, bütöv Azərbaycanın problemlərinə vahid müstəvidən yanaşmaq, ümummilli birliyə nail olmaqdır.
Forumda Azərbaycanın cənubunu təmsil edən təşkilatlardan, Borçalıdan, Kərkükdən, Dərbənddən, Qərbi Azərbaycandan olan təmsilçilər, ictimai-siyasi təşkilatların, gənc nəslin nümayəndələri, ziyalılar, ictimai-siyasi xadimlər və digərləri iştirak edirlər.