MƏDƏNİYYƏT
Bakıda İkinci Dünya müharibəsi illərində baş vermiş Qafqaz uğrunda döyüşlə bağlı sərgi açılıb
Bakı, 11 oktyabr, AZƏRTAC
Bakıdakı Rus Evində İkinci Dünya müharibəsi illərində baş vermiş Qafqaz uğrunda döyüşdə qələbənin 80 illiyinə həsr olunmuş Rusiya Federasiyasının Qələbə Muzeyi və Mədəniyyət Nazirliyinin “Yüksəklikdə” sərgisi açılıb.
Bu barədə AZƏRTAC-a Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən bildirilib.
Sərginin ziyarətçiləri döyüşün tarixi və onun qəhrəmanları barədə ətraflı məlumat əldə ediblər.
Tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Azad Rzayev Qafqaz uğrunda döyüş, eləcə də Azərbaycan xalqının İkinci Dünya müharibəsindəki ümumi qələbəyə verdiyi töhfə barədə mühazirə ilə çıxış edib.
Sərgi oktyabrın 15-dək davam edəcək. Giriş pulsuzdur.
Qeyd edək ki, Qafqaz uğrunda döyüş İkinci Dünya müharibəsinin tarixində ən davamlı döyüşlərdən biri olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [22:00]
“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib
- 07.05.2024 [20:33]
“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb
- 07.05.2024 [16:38]
"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş konsert
- 07.05.2024 [16:37]