Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda keçirilən Hərbi parad dünya mediasında geniş işıqlandırılıb

Bakı, 9 noyabr, AZƏRTAC

Vətən müharibəsində qazanılmış şanlı Qələbənin beşinci ildönümü münasibətilə Bakının Azadlıq meydanında keçirilən möhtəşəm Hərbi parad dünyanın bir sıra ölkələrinin aparıcı media qurumlarının geniş diqqət mərkəzində olub və beynəlxalq mətbuatda əhatəli şəkildə işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, yayımlanan xəbərlərdə Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin çıxışlarında səsləndirdiyi fikirlərə yer verilib, paradın Azərbaycan Ordusunun hərbi qüdrətini tam şəkildə nümayiş etdirdiyi vurğulanıb, həmçinin Vətən müharibəsi barədə məlumat verilib.

Hərbi parad Türkiyənin və Şimali Kiprin aparıcı media qurumları, o cümlədən Anadolu agentliyi, “TRT Avaz”, “TRT Haber”, “A Haber”, “Haber Global”, NTV televiziya kanalları, “Milliyet”, “Hürriyet”, “HaberTürk”, “Akşam”, “Sabah”, “Yeni Şafak”, “Türkiye Gazetesi”, “Kıbrıs Gazetesi” qəzetləri və digər media qurumları tərəfindən xüsusilə geniş işıqlandırılıb. Hər iki qardaş ölkənin aparıcı informasiya agentlikləri, televiziya kanalları, qəzetləri və xəbər portalları milyonlarla tamaşaçının və oxucunun diqqətini həm prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın çıxışlarına, həm də paradda nümayiş etdirilən hərbi texnika və silahlara cəlb edib.

Xəbərlərdə Türkiyə və Azərbaycan liderlərinin Cənubi Qafqazda dayanıqlı sülh və sabitliyin təmin olunması, Bakı və Ankaranın sıx həmrəyliyi, eləcə də regional əməkdaşlığın inkişafı ilə bağlı bəyanatlarından sitatlar gətirilib. Prezident İlham Əliyevin Vətən müharibəsi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır!” bəyanatının çox ciddi mesaj olması və “Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq” ifadəsi, eləcə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Bu Zəfər Qafqazda davamlı sülhə gedən yolun məhək daşıdır” sözləri Anadolu agentliyinin “Baş xəbər” rubrikasında oxucuların diqqətinə çatdırılıb.

Xüsusi diqqət Türkiyə Prezidentinin Azərbaycanın 44 günlük müharibədə tarixi Qələbəsindən sonra Asiya və Avropada geosiyasi balansın dəyişməsi barədə bəyanatına yönəlib. Materiallarda Azərbaycan, Türkiyə və Pakistan liderlərinin çoxsaylı fotoşəkilləri təqdim olunub, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasının bütün Türk dünyası üçün əhəmiyyəti xüsusi vurğulanıb.

Pakistanın aparıcı media qurumları, o cümlədən “ARN News Centre”, “AAJ News (AAJ TV)”, “The Express Tribune”, “Brecorder”, “Geo News”, “24 News HD”, “Minute Mirror”, “Lead Pakistan”, “Dawn” televiziya və nəşrlərinin yayımladığı xəbərlərdə Hərbi paradın möhtəşəmliyi, Azərbaycan, Türkiyə və Pakistan hərbi qüvvələrinin birgə iştirakı, nümayiş olunan hərbi texnika və aviasiya qüvvələri barədə məlumat verilib. Xüsusi diqqət Azərbaycan Prezidentinin çıxışına yönəldilib, dövlətimizin başçısının Türkiyə və Pakistanın Vətən müharibəsi zamanı Azərbaycana qətiyyətli dəstəyi barədə fikirləri geniş işıqlandırılıb. Həmçinin, Prezident İlham Əliyevin Azərbaycanın ədalətli mübarizəsi zamanı göstərdiyi möhkəm dəstəyə görə Pakistana təşəkkür etdiyi, rəsmi İslamabadın Cənubi Asiyada regional sabitliyin təmin edilməsindəki rolunu yüksək qiymətləndirdiyi vurğulanıb. Xəbərlərdə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin paradda iştirakı xüsusi qeyd olunub, üç qardaş ölkənin ordularının sıx əməkdaşlığı diqqətə çatdırılıb. Pakistan mediasında paradın regional əməkdaşlıq və Cənubi Qafqazda sülh və sabitliyin güclənməsi baxımından əhəmiyyətini də ön plana çıxardığı qeyd olunub. “The Express Tribune” nəşri bu baxımdan Pakistan Baş nazirinin Hərbi paraddakı çıxışında “Bu, dostluq və regional həmrəyliyin əyani göstəricisidir” ifadəsini xüsusi vurğulayıb.

Pakistan mediasında Baş nazir Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri, Azərbaycan Prezidenti ilə görüşü, eləcə də Azərbaycan, Türkiyə və Pakistan liderlərinin üçtərəfli görüşü barədə də məlumat verilib.

Birləşmiş Ərəb Əmirliklərinin aparıcı media qurumları da, o cümlədən “ARN News Centre”, “UAE BARQ”, “Emarat Al Youm”, “Al Bayan”, “Sharjah24” və “20Four” portalları Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradı geniş işıqlandırıb. Xəbərlərdə Bakıda keçirilən Hərbi paradın möhtəşəmliyi, nümayiş etdirilən hərbi texnika və Azərbaycan Ordusunun hərbi qüdrəti barədə ətraflı məlumat verilib. Xüsusi diqqət Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin paraddakı çıxışlarında səsləndirdiyi fikirlərə yönəldilib. Materiallarda Azərbaycan və Türkiyə liderlərinin regional əməkdaşlıq, Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması barədə bəyanatları da yer alıb.

Gürcüstanın nüfuzlu “1tv.ge”, “24news.ge”, “aktual.ge”, “interpress.ge” portalları Azərbaycanda Vətən müharibəsində Qələbənin 5-ci ildönümü ilə bağlı təşkil olunan Hərbi parad və bayramla bağlı xəbərlər yayıblar. Yayımlanan xəbərlərdə Azərbaycanda Zəfər Gününün təntənəli şəkildə qeyd olunması, Vətən müharibəsində Qələbənin beşinci ildönümü ilə bağlı Bakıda keçirilən Hərbi parad və bu tədbirdə Azərbaycan və Türkiyə prezidentlərinin, Pakistanın Baş nazirinin, eləcə də digər rəsmi şəxslərin iştirak etmələrindən, Azərbaycan və Türkiyə prezidentlərinin çıxışından materiallar yayıblar.

Rusiyanın bir sıra nəşrləri də Hərbi parad barədə məqalələr yayımlayıb. Bu ölkənin “Gazeta.ru” nəşri paradın miqyasına diqqət çəkərək 5 mindən çox hərbçinin iştirak etdiyini və 150-dən artıq hərbi texnikanın nümayiş etdirildiyini, eləcə də Xəzər dənizində hərbi gəmilərin düzüldüyünü qeyd edib. “News.ru” Prezident İlham Əliyevin çıxışındakı simvolik ifadəni ön plana çəkib: “Onlar Bakıda çay içmək istəyirdilər, indi Azərbaycan çayını istintaq təcridxanasında içirlər”. “Vestikavkaza.ru” isə tədbirdə mötəbər qonaqların - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin və Birləşmiş Ərəb Əmirliklərinin vəliəhdi Şeyx Həmdan bin Məhəmmədin iştirak etdiklərini vurğulayıb.

İspaniyanın EFE agentliyi də Hərbi parada xüsusi diqqət ayırıb. Agentliyin yayımladığı xəbərdə İkinci Qarabağ müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunan Hərbi paradda Türkiyə və Pakistan liderlərinin də iştirakı vurğulanıb. Xəbərdə əsasən Azərbaycan və Türkiyə prezidentlərinin, Pakistan Baş nazirinin fikirləri diqqətə çatdırılıb, liderlərin Azərbaycanın Qələbəsinin regionda sülh, inkişaf və əmin-amanlıq üçün yeni səhifə açması barədə fikirləri qeyd olunub. Bu xəbər İsveçrənin “Swissinfo.ch” nəşri tərəfindən də EFE-yə istinad olunaraq yayımlanıb.

Rumıniyanın “Ultima-ora” nəşri Prezident İlham Əliyevin paraddakı çıxışında Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyənin Vətən müharibəsinin ilk günündən Azərbaycana, Azərbaycan xalqına və Ordusuna dəstəyi barədə fikrinə xüsusi yer verilib.

Moldovanın nüfuzlu “Moldova Today” nəşri Bakıda keçirilən Hərbi paradda Azərbaycan, Türkiyə və Pakistan hərbi qüvvələrinin birgə iştirakına, üç qardaş ölkənin liderlərinin çıxışlarına, nümayiş olunan hərbi texnikaya və regionda sabitliyin güclənməsinə xüsusi diqqət ayırıb. “Bu parad təkcə silahların nümayişi deyil, regionda yeni geosiyasi reallığın başlanğıcıdır”, - deyə nəşrdə xüsusi vurğulanıb.

Bolqarıstanın “24 Chasa” nəşri paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Zəfərinin Türk dünyası üçün qürur mənbəyi olması, Qarabağın azad edilməsinin bütün Türk dünyası üçün əhəmiyyəti barədə fikirləri qeyd edilib. Bundan başqa, Türkiyənin Azərbaycana və Azərbaycan Ordusuna fəal dəstəyi, Qələbənin qazanılmasında Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqın birliyinin rolu vurğulanıb, işğaldan azad edilmiş ərazilərdə inkişaf, sülh və əmin-amanlığın bərqərar olduğu qeyd edilib.

Misirin aparıcı media qurumları, o cümlədən “Al Shorouk”, “Al Ahram” və “Cairo24” nəşrləri də Bakıda keçirilən Hərbi paradı geniş işıqlandırıb. Xəbərlərdə paradda iştirak edən ali qonaqlar, nümayiş olunan hərbi texnika, Azərbaycan, Türkiyə və Pakistan hərbi qüvvələrinin birgə iştirakı barədə ətraflı məlumat verilib. Misir mediası Azərbaycan və Türkiyə liderlərinin çıxışlarına, tədbirin Cənubi Qafqazda sabitliyin və regional əməkdaşlığın əhəmiyyətinə diqqətin cəlb edilməsi baxımından önəmi vurğulanıb.

Hərbi parad barədə nüfuzlu “Forbes” jurnalı, Səudiyyə Ərəbistanının ingilisdilli “Arab News” və digər media qurumları da xəbərlər yayımlayıb. “Forbes” jurnalında dərc olunan geniş reportajda Hərbi paradın Azərbaycanın hərbi qüdrətini gücləndirdiyini göstərdiyi vurğulanıb. Azərbaycanın xüsusilə hava və hava hücumundan müdafiə qüvvələri arsenalını ən müasir silah və müdafiə sistemləri ilə inkişaf etdirdiyi qeyd olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər