BAKIDA KEÇİRİLƏN SEMİNAR BAŞA ÇATMIŞDIR
Mərkəzin mütəxəssisləri 5 gün müddətində gömrük əməkdaşlarına texniki gömrük məsələləri, vergidən azadetmə qaydaları, gömrük islahatları, gömrük işində strateji planlaşdırma, ticarətə yardım və riskli gömrük nəzarəti, idxal-ixrac hüququ, qiymətləndirmə və ödəniş, təchizat vəsiləsinin səmərəliliyi və s. mövzularda mühazirələr oxumuşlar.
Seminarın yekununda müzakirə olunmuş məsələlərə dair xüsusi icmal hazırlanmış, iştirakçılara sertifikat verilmişdir.