İQTİSADİYYAT
BAKIDA KEÇİRİLMİŞ İZDİHAMLI MİTİNQ DÜNYA MƏTBUATININ DİQQƏT MƏRKƏZİNDƏDİR
Xocalı faciəsinin 11-ci ildönümü ilə əlaqədar Bakıda keçirilmiş izdihamlı mitinq dünyanın kütləvi informasiya vasitələri tərfindən geniş işıqlandırılmışdır. Ən mötəbər informasiya agentliklərindən biri - ABŞ-ın Assoşieyted Press agentliyi “Qarabağ müharibəsində qəddarcasına basqının ildönümü ilə əlaqədar Azərbaycanda on minlərlə insan mitinq keçirmişdir” adlı məqaləni bütün informasiya kanalları ilə yaymışdır.
AZƏRTAC-a daxil olan həmin məqalədə deyilir ki, fevralın 21-də 60 minədək adam dinc vətəndaşlara amansızcasına divan tutulmasını qanlı soyqırımı kimi qiymətləndirmək tələbi ilə dünya birliyinə müraciət etmişdir. Mitinqdə bildirilmişdir ki, 1992-ci il fevralın 26-na keçən gecə törədilən bu cinayət nəticəsində 613 dinc vətəndaş öldürülmüşdür. Məqalədə Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədovun bu qəddar cinayətin günahkarlarının məhkəməyə cəlb olunmasının və Xocalı faciəsinə daha ciddi diqqət yetirilməsinin zəruriliyi barədə sözləri də xatırlanır.