BAKIDA MƏŞHUR “PUMA” ŞİRKƏTİNİN MAĞAZASI AÇILMIŞDIR
Şirkəti Azərbaycanda təmsil edən “British Atlantic LTD”-nin meneceri Anar Kazımov bildirmişdir ki, paytaxtımızın mərkəzi küçələrindən birində - Rəşid Behbudov, 8 ünvanında açılmış mağazada təqdim olunan geyimlərin 70 faizi idman yönlüdür. Ümumiyyətlə, 1924-cü ildə Almaniyada yaradılmış şirkət idman geyimlərini 80 ildən çoxdur ki, istehsal edir. Şirkətin futbol, qaçış, aerobika və s. idman növləri üçün buraxdığı geyimlər ənənəvi yüksək keyfiyyəti ilə milyonlarla peşəkar idmançı və idmansevər arasında nüfuz qazanmışdır.
Azərbaycana ilk gəlişini nəzərə alan “Puma” ölkəmizin futbol komandaları üçün xüsusi proqram həyata keçirəcəkdir. Proqrama əsasən, şirkət respublikamızda idmanın dəstəklənməsi naminə onun geyimlərindən istifadə etmək istəyən futbol komandaları üçün xüsusi güzəşt sistemi tətbiq edəcəkdir.
Qeyd edək ki, futbol ulduzları Pele, Diyeqo Maradona, Yoxan Kruiff, peşəkarlar arasında dəfələrlə dünya çempionu olmuş boksçu Oskar De La Xoya, məşhur Uimbldon tennis turnirinin çoxqat çempionu Martina Navratilova və başqaları müxtəlif illərdə şirkətin idman ayaqqabılarından istifadə etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [13:43]
ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb
- 07.10.2026 [13:15]
Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib
- 07.10.2026 [12:26]