Bakıda pul, telefon və qızıl oğurlayanlar saxlanılıblar
Bakı, 19 sentyabr, AZƏRTAC
Paytaxtın Nəsimi, Sabunçu və Suraxanı rayonlarında talama cinayətləri baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, beş nəfər paytaxt sakini polisə müraciət edərək ümumilikdə 2 min 905 manatın, 640 manat dəyərində qızıl-zinət əşyasının və mobil telefonunun oğurlandığını bildiriblər.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 22 yaşlı K. Qurbanov, 23 yaşlı İ. Nuriyev, 31 yaşlı F. Quliyeva, 61 yaşlı Z. Bayramova və 74 yaşlı V. Quliyev saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:54]
Nizami rayonunun bəzi ərazilərinə suyun verilişi dayandırılacaq
- 01.10.2026 [12:58]
Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub
- 01.10.2026 [12:57]
Sosial Xidmətlər Agentliyi: 2791 ahıl şəxsə evdə sosial xidmət göstərilir
- 01.10.2026 [12:39]