Bakıda “Seysmiklik, zəlzələlərin proqnozu, tikililərin zəlzələyə davamlılığı” mövzusunda V Beynəlxalq konfrans keçiriləcəkdir
Bakı, 2 aprel (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutu AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi ilə birlikdə (RSXM) Şamaxı zəlzələsinin 110 illiyinə həsr olunmuş “Seysmiklik, zəlzələlərin proqnozu, tikililərin zəlzələyə davamlılığı” mövzusunda V Beynəlxalq konfrans keçirəcəkdir.
RSXM-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, oktyabrın 7-dən 12-dək Bakı şəhərində keçiriləcək konfransda “Seysmiklik, zəlzələlərin proqnozu, tikililərin zəlzələyə davamlılığı” mövzusunda məruzələr dinləniləcək, müzakirələr aparılacaqdır.
Konfrans çərçivəsində, həmçinin Şamaxı rayonuna ekskursiya təşkil olunacaqdır.
Məruzələr may ayının 1-dək elektron variantda işçi dillərdən birində (Azərbaycan, rus və ingilis dilləri) konfransın Təşkilat Komitəsinin [email protected] elektron ünvanına göndərilməlidir.
Materiallar “Microsoft Word” redaktor proqramı ilə Times New Roman şriftində, 14 şrift ölçüsündə, 1,5 intervalla təqdim edilməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]