BAKIDA TÜRKİYƏ MALLARI SƏRGİSİ AÇILMIŞDIR
Oktyabrın 3-də Bakıda, “Avropa” mehmanxanasında Türkiyə mallarının “Türkiş-ekspo-2002” altıncı illik sərgisi açılmışdır. Sərgi Türkiyə Nazirlər Kabinetinin Xarici Ticarət İdarəsi, “Forum fuarçılıq” sərgi şirkəti və Milli Sahibkarlar Təşkilatları Konfederasiyası tərəfindən təşkil olunmuşdur.
Sərgidə ticarət, tikinti, turizm sahəsində çalışan, avtomobil və kənd təsərrüfatı texnikası, tibb və elektron avadanlığı, mebel, ərzaq malları və digər mallar istehsalı ilə məşğul olan 30-dan artıq firma və şirkət öz məhsullarını nümayiş etdirir.
Sərgiyə Azərbaycan şirkətləri də qatılmışlar. Onların arasında “Azərsun” holdinq, “Azərsığorta” şirkətləri, “Azərinvest” maliyyə qrupu, süd və sərinləşdirici içkilər, kolbasa məmulatı istehsalçıları var.
Sərgi çərçivəsində “Azərbaycan-Türkiyə iqtisadi münasibətlərinin perspektivləri” mövzusunda konfrans keçirilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [16:26]
Misin qiyməti rekord göstəriciyə çatır
- 22.09.2026 [15:42]