Bakıda ÜPİ ilə İKTA arasında poçt qanunvericiliyi sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
Bakı, 13 may, AZƏRTAC
Mayın 13-də Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu işə başlayıb. Forum çərçivəsində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) İdarə Heyətinin sədri Nail Mərdanov Ümumdünya Poçt İttifaqının (ÜPİ) baş direktorunun müavini Marjan Osvald ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə ÜPİ ilə İKTA arasında ölkədə poçt sektorunun inkişafı, eləcə də poçt qanunvericiliyi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Bu sahədə tənzimləyici bazanın gücləndirilməsi, investisiyaların təşviqi, xidmətlərin keyfiyyətinin və əlçatanlığının artırılmasına dair fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:36]
® “Lexus RZ” – Elektrikli lüksün yeni erası
- 09.06.2026 [16:21]
® Qızıl kreditini bu banka gətirənlərə endirim var
- 09.06.2026 [16:17]
Qazaxıstan və Azərbaycan maliyyə nəzarəti üzrə təcrübə mübadiləsi aparıb
- 09.06.2026 [15:58]
Aktiv ƏDV ödəyicilərinin sayı 4,2 faiz artıb
- 09.06.2026 [14:37]