Bakıda Uşaq Kitab Festivalı ikinci dəfə qapılarını ziyarətçilərin üzünə açıb
Bakı, 8 aprel, Emil Məlikov, AZƏRTAC
Aprelin 8-də Bakı İdman Sarayında İkinci Uşaq Kitab Festivalının açılış mərasimi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan festivalın təşkilatçıları Mədəniyyət, Gənclər və İdman, Elm və Təhsil nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, həmçinin “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyidir.
Festival çərçivəsində on minlərlə kitabın endirimli qiymətlərlə satışı, ustad dərsləri, məşhurların nağıl saatları, kukla teatrı, əyləncəli tamaşalar təşkil ediləcək, eyni zamanda iştirakçılar sevilən uşaq yazarları ilə görüşərək onların imzalı kitablarını əldə edə biləcəklər.
Qeyd edək ki, girişi sərbəst olan 2-ci Uşaq Kitab Festivalı aprelin 11-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:18]
Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi
- 07.10.2026 [17:07]
Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək
- 07.10.2026 [16:27]
İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir
- 07.10.2026 [15:34]