Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək
Bakı, 9 dekabr, AZƏRTAC
Azərbaycanda dekabrın 10-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 2-4°, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 774 millimetr civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.
Dekabrın 10-da Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, gündüz tədricən kəsiləcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1-4°, gündüz 5-8° isti, dağlarda gecə 5-10°, gündüz 0-4° şaxta olacağı proqnozlaşdırılır.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, dekabrın 10-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində havanın yağıntılı olacağı, qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, dağlıq ərazilərdə 6-8° şaxta, gündüz 3-8° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarının bəzi yerlərində havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10°, gündüz 0-4° şaxta olacağı proqnozlaşdırılır.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında arabir yağış, bəzi yerlərdə qar yağacağı gözlənilir. Axşama doğru tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 3°-dək isti, gündüz 4-7° isti olacağı bildirilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində əsasən gecə və axşam havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti, dağlarda gecə 7-12°, gündüz 0-4° şaxta olacağı ehtimalı var.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1-4°, gündüz 5-8° isti olacağı ehtimal edilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1-3°, gündüz 6-8° isti, dağlarda gecə 3-5°, gündüz 0-2° şaxta olacağı gözlənilir.