BAKIDA “XƏZƏR LAYİHƏSİ” ÜZRƏ BEYNƏLXALQ SEMİNAR KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Mədənçilərin, Energetiklərin, Kimyaçıların və qeyri-peşə sahiblərinin Beynəlxalq Həmkarlar İttifaqları Federasiyası (İCEM) Bakıda “Xəzər layihəsi” üzrə seminar keçirmişdir. Seminarda Şərqi Avropa, Cənubi Qafqaz, Orta Asiya ölkələrinin İCEM-ə üzv olan müvafiq həmkarlar ittifaqları təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Seminarda İCEM-in Energetika Komitəsinin sədri Lars Mürre, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Aqil Dadaşov və Azərbaycan Neft və Qaz Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev çıxış etmişlər.
İki il üçün nəzərdə tutulan “Xəzər layihəsi” ilə bağlı rəy və təkliflər bildirilmişdir.