Bakıdakı Dünya Kubokunda Azərbaycanı təmsil edəcək gimnastlar müəyyənləşib
Bakı, 22 yanvar, AZƏRTAC
Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda Azərbaycanı təmsil edəcək idmançılar müəyyənləşib.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, fərdi və sinxron proqram üzrə batut yarışlarında qadınlar arasında Selcan Mahsudova, kişilər arasında Hüseyn Əsədullayev, Nicat Mirzəyev və Mehdi Əliyev mübarizə aparacaqlar.
Tamblinq üzrə yarışda isə ölkəni Mixail Malkin, Adil Hacızadə, Tofiq Əliyev, Hüseyn Abbasov və Bilal Qurbanov təmsil edəcəklər.
Qeyd edək ki, 33 ölkənin iştirak edəcəyi turnir fevralın 23-dən 25-dək Milli Gimnastika Arenasında baş tutacaq. Batut gimnastikası üzrə Dünya Kuboku fərdi proqramda “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:36]
Azərbaycanın daha bir cüdoçusu dünya çempionatında medal qazanıb
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]