Bakıdakı Rus Evində “Gənc istedadların sərgisi” açılıb
Bakı, 10 aprel, AZƏRTAC
Bakıdakı Rus Evində “Gənc istedadların sərgisi” layihəsi çərçivəsində növbəti ekspozisiyanın açılışı olub.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sərgi Rus Evinin dəstəyi ilə Azərbaycanın Rus Gənclər Assosiasiyası tərəfindən təşkil edilib.
Sərgidə Bakı Humanitar Kollecinin “Xalçaçılıq” fakültəsinin tələbəsi Emil Əliyevin, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbəsi Günel Mahmudovanın, həkim və rəssam Aysel Əbiyevanın, Azərbaycan Memarlıq və İnşaat Universitetinin magistri Adelin işləri nümayiş etdirilir.
Sərgidəki işlərlə aprelin 18-nə qədər tanış ola bilərsiniz.