MƏDƏNİYYƏT
Bakıdakı Rus evində Nigar Bağırovanın fərdi sərgisi açılıb

















Bakı, 20 dekabr, AZƏRTAC
Bakıdakı Rus evində Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Fotoqrafçılar Birliyinin üzvü, biologiya elmləri namizədi, dosent Nigar Bağırovanın fərdi sərgisi açılıb.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) AZƏRTAC-a bildirilib ki, sərginin təntənəli açılışında bir sıra ölkələrin diplomatları və şəhərin ziyalıları iştirak ediblər. Sərgini Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurov açıb.
Müəllif Nigar Bağırova Rus evinin ekspozisiya zalında ilk fərdi sərgisinin açılması üçün yaradılan imkana görə rəhbərliyə təşəkkür edib. Sərgi 2024-cü il yanvarın 5-dək davam edəcək.