Bakıdakı Rus evinin Ədəbi klubu poeziya müsabiqəsi keçirəcək
Bakı, 18 dekabr, AZƏRTAC
Bakıdakı Rus evinin Ədəbi klubu poeziya müsabiqəsi keçirəcək.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dekabrın 19-da keçiriləcək poeziya axşamında iki nominasiya üzrə - həm iştirakçıların məxsusi şeirləri, həm də klassiklərin əsərləri təqdim olunacaq.
İştirakçıların yaradıcılığını aralarında Azərbaycan Yazıçılar Birliyinin üzvləri Ələddin Yaqubov və Zəhra Bədəlbəyli, bəstəkar, pedaqoq və vokalçı Qasım Xəlilov, həmçinin bundan əvvəlki poeziya müsabiqəsinin qalibi, ssenarist, dramaturq və rejissor Lalə Əliyeva-Klıçkovanın da olduqları münsiflər heyəti qiymətləndirəcək.
Poeziya axşamı dekabrın 19-da Rus evində - Bakı, Üzeyir Hacıbəyli küçəsi, 77b ünvanında keçiriləcək. Giriş sərbəstdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:34]
Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub
- 07.10.2026 [14:48]
Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO
- 07.10.2026 [14:47]
Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib
- 07.10.2026 [14:37]
Dilarə Əliyeva: “Laylay” klipi Türk dünyasını birləşdirəcək bir səsdir VİDEO
- 07.10.2026 [14:34]
Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib
- 07.10.2026 [12:13]