Bakının "Neftçi" klubu Macarıstan və Polşa komandaları ilə qarşılaşacaq
Bakı, 22 dekabr, AZƏRTAC
Bakının “Neftçi” futbol klubunun qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.
AZƏRTAC kluba istinadla xəbər verir ki, hazırlığın ilk mərhələsi yanvarın 5-dən 9-dək Bakıda baş tutacaq və fiziki hazırlığa həsr olunacaq.
Əsasən taktiki çalışmalardan ibarət təlim-məşq toplanışının ikinci mərhələsi isə yanvarın 10-dan 25-dək Türkiyədə olacaq. Antalyanın Manavqat bölgəsindəki “The Sense De Luxe” otelində məskunlaşacaq flaqman qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır.
Bakı təmsilçisi yanvarın 14-də Macarıstanın “Kişvarda”, ayın 19-da Polşanın “Visla” (Plotsk) klubu ilə qarşılaşacaq. Yanvarın 24-dəki rəqib hələ müəyyənləşməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]
"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil
- 13.10.2026 [13:41]