BAKININ AVTOMOBİL YOLLARI YENİDƏN QURULACAQDIR
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 26-da paytaxtı gəzərkən bu məsələ ilə maraqlanmış, Nazirlər Kabinetinə və Bakı Şəhər İcra Hakimiyyətinə bir sıra tapşırıqlar vermişdir.
Bakının avtomobil yollarında tıxacların yaranması bir sıra amillərlə bağlıdır. Məsələn, əvvəlki illərdən fərqli olaraq, hazırda ölkəyə ildə 50 min avtomobil gətirilir. Bununla bağlı yolların yenidən qurulmasına ehtiyac duyulur. Azərbaycan hökuməti bir sıra xarici şirkətlərin bu sahədə layihələrini və tövsiyələrini nəzərdən keçirir. Müvafiq sənədlər hazırlandıqan sonra məsələ yaxın vaxtlarda rəsmi səviyyədə müzakirə olunacaqdır. Paytaxtda yolların genişləndirilməsi və avtomobil nəqliyyatının hərəkətinin tənzimlənməsi üçün büdcədən vəsait ayrılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [13:43]
ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb
- 07.10.2026 [13:15]
Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib
- 07.10.2026 [12:26]