Bakının “Neftçi” klubu Antalyada Özbəkistanın “Nasaf” klubu ilə qarşılaşıb VİDEO
Bakı, 12 yanvar, AZƏRTAC
Bakının “Neftçi” futbol klubu Antalya təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, komandamız Özbəkistanın “Nasaf” klubu ilə qarşılaşıb.
“Bellis Deluxe” otelinin meydançasında keçirilən görüşdə “Neftçi” komandası 0:1 hesabı ilə məğlub olub. Çoxsaylı hücumları boşa vermiş komandamız 82-ci dəqiqədə qapısında qol görüb.
Qeyd edək ki, hazırlıq prosesi çərçivəsində ilk yoxlama oyununda yerli “Sivasspor” komandası ilə qarşılaşan Bakı təmsilçisi meydandan qolsuz bərabərliklə ayrılmışdı.